Menyu

Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında fərqli nəticə qazanıblar

Əziz Əzizli
Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında  fərqli nəticə qazanıblar

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçiriblər.

"Operativ Media" xəbər verir ki, Litva ilə qarşılaşan kişilərdən ibarət yığmamız rəqibinə uduzub - 1,5:2,5. Yalnız Şəhriyar Məmmədyarov görüşünü qələbə ilə başa vurduğu halda, Aydın Süleymanlı heç-heçə ilə kifayətlənib. Nicat Abasov və Məhəmməd Muradlı isə məğlub olublar. 

Kişilərdən fərqli olaraq Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət millimiz isə qələbə qazanıb - 2,5:1,5.

Günay Məmmədzadə birinci lövhədə məğlubiyyət acısı yaşasa da, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva qalib gəliblər. Xanım Balacayeva isə heç-heçə ilə kifayətlənib. 

Xatırladaq ki, kişilərdən ibarət millimiz daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana isə uduzub - 1:3.

Qadınlardan ibarət milli komanda Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyanı (3:1) üstələyib, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.

Teqlər:

"Az\u0259rbaycan millil\u0259ri \u00dcmumd\u00fcnya \u015eahmat Olimpiadas\u0131nda f\u0259rqli n\u0259tic\u0259 qazan\u0131blar"

Əlaqəli Xəbərlər