Yeni nəsil nəzarət-kassa aparatlarının sayı 100 mini ötüb
Nərmin Qocamanlı
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, indiyədək ölkə ərazisində 100.637 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard manatdan, yaxud 10,2 faizdən çoxdur.
Teqlər:
"Yeni n\u0259sil n\u0259zar\u0259t-kassa aparatlar\u0131n\u0131n say\u0131 100 mini \u00f6t\u00fcb"