“Bakı Metropoliteni” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb.
Hakim Babək Pənahov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarda qeyd edilib ki, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilib.