Menyu

KATV1-in sahibi kimi tanınan şirkətlə bağlı məhkəmə qərarı açıqlandı

Nərmin Qocamanlı
KATV1-in sahibi kimi tanınan şirkətlə bağlı məhkəmə qərarı açıqlandı

KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telekom” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “AG Telekom” şirkəti 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir Qurbanovdur.

Onu da bildirək ki, “AG Telekom” MMC barəsində daha əvvəl eyni və digər inzibati xətalara görə protokol tərtib edilərək məhkəməlik olmuşdur.

Teqlər:

"KATV1-in sahibi kimi tan\u0131nan \u015firk\u0259tl\u0259 ba\u011fl\u0131 m\u0259hk\u0259m\u0259 q\u0259rar\u0131 a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər