Menyu

Azərbaycanda son 5 ildə 622 uşaq övladlığa verilib

Nərmin Qocamanlı
Azərbaycanda son 5 ildə 622 uşaq övladlığa verilib

Azərbaycanda 1 noyabr 2019-cu ildən bu günədək 622 uşaq övladlığa verilib.

Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib

Qeyd edilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.

Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir.

"Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib", - məlumatda vurğulanıb.

Teqlər:

"Az\u0259rbaycanda son 5 ild\u0259 622 u\u015faq \u00f6vladl\u0131\u011fa verilib"

Əlaqəli Xəbərlər