Baş DYP İdarəsindən xəbərdarlıq: Yolda hərəkət məhdudlaşdırılacaq!
Nərmin Qocamanlı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
DYP-dən "Operativ Media"ya bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
Teqlər:
"Ba\u015f DYP \u0130dar\u0259sind\u0259n x\u0259b\u0259rdarl\u0131q: Yolda h\u0259r\u0259k\u0259t m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq!"