Menyu

Azərbaycanda “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” təsdiqlənib

Nərmin Qocamanlı
Azərbaycanda “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” təsdiqlənib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkədə dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.

Qaydalara əsasən, dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edəcək.

Bundan başqa, yükdaşıma sifarişi forması, habelə sifarişin təqdim edilməsini daşıyıcı internet səhifəsində dərc edəcək.

Teqlər:

"Az\u0259rbaycanda \u201cD\u0259miryol n\u0259qliyyat\u0131 il\u0259 y\u00fckl\u0259rin da\u015f\u0131nmas\u0131 Qaydalar\u0131\u201d t\u0259sdiql\u0259nib"

Əlaqəli Xəbərlər