Menyu

Ötən gün axtarışda olan 100 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 100 nəfər saxlanılıb

Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn axtar\u0131\u015fda olan 100 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər