Bakıxanovun bir hissəsinə içməli suyun verilişi dayandırılacaq
Bakıxanovda su xəttində təmir işləri aparılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Operativ Media"ya bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi işi aparılacaq.
Təmir işi ilə əlaqədar sentyabrın 6-da, saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.
Teqlər:
"Bak\u0131xanovun bir hiss\u0259sin\u0259 i\u00e7m\u0259li suyun verili\u015fi dayand\u0131r\u0131lacaq"