Nəsimi rayonunda evdən içərisində 6500 manat pul olan çanta oğurlanıb
Nərmin Qocamanlı
Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"N\u0259simi rayonunda evd\u0259n i\u00e7\u0259risind\u0259 6500 manat pul olan \u00e7anta o\u011furlan\u0131b"