Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?
Nərmin Qocamanlı
Azərbaycana avqust ayında gələn turistlərin sayı açıqlanıb.
Azərbaycan Dövlət Turizm Agentliyindən “Operativ Media”ya bildirilib ki, avqust ayında Azərbaycana 245 min 337 nəfər turist gəlib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 1 milyon 748 min 032 turist gəlib. Ötən il bu rəqəm 1 milyon 344 min 260 təşkil edib.
Agentlikdən bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur:
Avqustda ən çox Rusiya (63 339), Türkiyə (34 174), Hindistan (21 137) İran (17 666), Səudiyyə Ərəbistanı (13 537), Gürcüstan (9 981) turistlər ölkəmizə səfər edib.
Teqlər:
"Az\u0259rbaycana \u00f6t\u0259n ay \u0259n \u00e7ox turist hans\u0131 \u00f6lk\u0259d\u0259n g\u0259lib?"