Menyu

DİN: Sabunçuda evə basqın edən şəxs polis tərəfindən silahla zərərsizləşdirilib

Nərmin Qocamanlı
DİN: Sabunçuda evə basqın edən şəxs polis tərəfindən silahla zərərsizləşdirilib

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"D\u0130N: Sabun\u00e7uda ev\u0259 basq\u0131n ed\u0259n \u015f\u0259xs polis t\u0259r\u0259find\u0259n silahla z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər