Menyu

“Bakıkart” tətbiqi yeni tədris ilinə qədər işləyəcək? - AÇIQLAMA

“Bakıkart” tətbiqi yeni tədris ilinə qədər işləyəcək? - AÇIQLAMA

Avqustun 9-dan “BakıKart” tətbiqində problem yaranıb. Artıq bir aya yaxındır bu tətbiqdən istifadə etmək olmur.

Hazırda problemin həlli ilə bağlı hansı işlər görülür? Problem yeni tədris ilinin başlanmasına qədər həll ediləcəkmi?

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır:

"“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Qurum, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitlərinin silinmədiyini, Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşların hesablarındakı vəsaitdən istifadə edə biləcəyini bildirib. 

Teqlər:

"\u201cBak\u0131kart\u201d t\u0259tbiqi yeni t\u0259dris ilin\u0259 q\u0259d\u0259r i\u015fl\u0259y\u0259c\u0259k? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər