Menyu

Mikayıl Cabbarov səs verib

Əsəd Abbaslı
Mikayıl Cabbarov səs verib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.

"Operativ Media" xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Teqlər:

"Mikay\u0131l Cabbarov s\u0259s verib"

Əlaqəli Xəbərlər