Müşahidə edilən hər bir məqam hesabatda əks olunacaq
Əsəd Abbaslı
"ATƏT/DTİHB müşahidəçiləri seçkini müşahidə üçün dəvət edilib".
"Operativ Media" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, əsas məqsəd seçkini müşahidə etməkdir:
"Biz burada olduğumuz dövrdə həm müxalifət, həm də iqtidar nümayəndələri ilə, eyni zamanda QHT-lər, bununla yanaşı KİV nümayəndələri ilə görüşümüz olub. Burada məqsəd ölkədəki siyasi mühiti daha yaxşı müşahidə etməkdir. Sizi tam arxayın edirəm ki, müşahidə etdiyimiz hər bir məqam hesabatda əks olunacaq".
Ditmir Buşati əlavə edib ki, onların beynəlxalq müşahidəçiləri bütün regionlarda işlərini davam etdirir: “Baş verə biləcək bütün məqamlar hesabatlarda əksini tapacaq”.
Teqlər:
"M\u00fc\u015fahid\u0259 edil\u0259n h\u0259r bir m\u0259qam hesabatda \u0259ks olunacaq"