Menyu

Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib

Əsəd Abbaslı
Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının saat 10.00-a olan göstəricisi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, muxtar respublika üzrə saat 10:00-a qədər 31 min 157 nəfər səs verib, seçici fəallığı isə 10,81 faiz olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Qeyd olunub ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 min 356 nəfərdir.

Teqlər:

"Nax\u00e7\u0131vanda saat 10:00-a olan se\u00e7ici f\u0259all\u0131\u011f\u0131 10 81 faiz t\u0259\u015fkil edib"

Əlaqəli Xəbərlər