Menyu

MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir

Əziz Əzizli
MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir

Növbədənkənar parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir.

Bu barədə "Operativ Media"ya Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika üzrə 125 seçki dairəsi üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsində son hazırlıq işləri həyata keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir

Teqlər:

"MSK: Parlament se\u00e7kil\u0259rinin ba\u015flamas\u0131 il\u0259 \u0259laq\u0259dar se\u00e7ki m\u0259nt\u0259q\u0259l\u0259ri haz\u0131r v\u0259ziyy\u0259t\u0259 g\u0259tirilir"

Əlaqəli Xəbərlər