Ana səhifə / Ölkə / Bakıda mənzildən meyit tapılıb Bakıda mənzildən meyit tapılıb 31.08.2024, 15:04 Bakı şəhərinin Binəqədi rayonunda mənzildən meyit aşkarlanıb. "Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit aidiyyəti üzrə təhvil verilib. Teqlər: "Bak\u0131da m\u0259nzild\u0259n meyit tap\u0131l\u0131b"
06.03.2026, 23:59 SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub