Sentyabrda Bakıda və Abşeronda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq
Bakıda və Abşeronda sentyabrda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq.
Milli Hidrometrologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).