Naxçıvanda fərdi yaşayış evlərinin zirzəmisini su basıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində və 20-ci məhəllə ərazisində bəzi fərdi yaşayış evlərinin zirzəmisinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Teqlər:
"Nax\u00e7\u0131vanda f\u0259rdi ya\u015fay\u0131\u015f evl\u0259rinin zirz\u0259misini su bas\u0131b"