Menyu

Goranboyda 500 kv.m sahə yanıb

Goranboyda 500 kv.m sahə yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məıumat verib

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb. 

Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.

Teqlər:

"Goranboyda 500 kv.m sah\u0259 yan\u0131b"

Əlaqəli Xəbərlər