Menyu

Badamdar yolunda hərəkət müvəqqəti məhdudlaşdırılıb

Əsəd Abbaslı
Badamdar yolunda hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bakının Səbail rayonu, Badamdar şossesində yol çöküb.

"Operativ Media" “Qafqazinfo”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazidə kanalizasiya quyusunun beton paneli qırılıb. Hazırda təmir işləri gedir.

Hadisə ikizolaqlı yolun bir hissəsində baş verib. Ərazidə xəbərdarlıq nişanları qoyulub.

Qeyd edək ki, sözügedən yol Badamdar və 20-ci sahə Bayıl arasındakı əsas şosse olduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Teqlər:

"Badamdar yolunda h\u0259r\u0259k\u0259t m\u00fcv\u0259qq\u0259ti m\u0259hdudla\u015fd\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər