Menyu

Göyçay Peşə Liseyində direktor müavini və baş mühasib işdən çıxarılıb

Əsəd Abbaslı
Göyçay Peşə Liseyində direktor müavini və baş mühasib işdən çıxarılıb

Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

" Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər".

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib.

Teqlər:

"G\u00f6y\u00e7ay Pe\u015f\u0259 Liseyind\u0259 direktor m\u00fcavini v\u0259 ba\u015f m\u00fchasib i\u015fd\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər