Menyu

Havada tozun miqdarı normadan çoxdur

Nərmin Qocamanlı
Havada tozun miqdarı normadan çoxdur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq  Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova "Operativ Media"ya bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır. 

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq  yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Teqlər:

"Havada tozun miqdar\u0131 normadan \u00e7oxdur"

Əlaqəli Xəbərlər