Menyu

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanmayan namizədlərin nəzərinə!

Nərmin Qocamanlı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanmayan namizədlərin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.

MÜTDA-dan "Operativ Media"ya verilən məlumata görə, apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.

Qeyd edilib ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.


Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.

Teqlər:

"M\u00fc\u0259lliml\u0259rin i\u015f\u0259 q\u0259bulu \u00fczr\u0259\u00a0m\u00fcsahib\u0259 m\u0259rh\u0259l\u0259sind\u0259 u\u011fur qazanmayan namiz\u0259dl\u0259rin n\u0259z\u0259rin\u0259!"

Əlaqəli Xəbərlər