Menyu

DGK Bakıda aksizsiz 100 minə yaxın siqaret aşkar edib

Əsəd Abbaslı
DGK Bakıda aksizsiz 100 minə yaxın siqaret aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) Bakıda aksiz markası ilə markalanmayan 100 minə yaxın siqaret aşkar edib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 9 adda 95 600 ədəd siqaret aşkar edilib.

Teqlər:

"DGK Bak\u0131da aksizsiz 100 min\u0259 yax\u0131n siqaret a\u015fkar edib"

Əlaqəli Xəbərlər