Menyu

Bakıda 45 yaşlı kişi bıçaqlanıb, 26 yaşlı arvadı saxlanılıb

Nərmin Qocamanlı
Bakıda 45 yaşlı kişi bıçaqlanıb, 26 yaşlı arvadı saxlanılıb

Avqustun 26-də saat 04 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan "Operativ Media"ya araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Teqlər:

"Bak\u0131da 45 ya\u015fl\u0131 ki\u015fi b\u0131\u00e7aqlan\u0131b 26 ya\u015fl\u0131 arvad\u0131 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər