Menyu

Sabirabadda 17 yaşlı oğlan qətl törətməkdə şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Sabirabadda 17 yaşlı oğlan qətl törətməkdə şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

16:25

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

Teqlər:

"Sabirabadda 17 ya\u015fl\u0131 o\u011flan q\u0259tl t\u00f6r\u0259tm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259r\u0259k saxlan\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər