Menyu

Mikayıl Cabbarov: "Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır"

Mikayıl Cabbarov: "Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır"

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə İqtisadiyyat Nazirliyinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Humanizm və nəciblik kimi ali mənəvi keyfiyyətləri, əzmkar və çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”, - deyə nazir qeyd edib.

M. Cabbarov bildirib ki, Mehriban xanımın Azərbaycanın sosial-iqtisadi tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü işlər, vətənpərvərliyi və xeyirxahlığı hər birimiz üçün örnəkdir

Teqlər:

"Mikay\u0131l Cabbarov: \"Mehriban \u018fliyeva d\u00f6vl\u0259t ba\u015f\u00e7\u0131s\u0131n\u0131n xalq\u0131m\u0131z\u0131n rifah\u0131 u\u011frunda \u0259n yax\u0131n silahda\u015f\u0131d\u0131r\""

Əlaqəli Xəbərlər