Həftəsonu 51 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 40,9 kiloqrama yaxın marixuana, 10 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.