Menyu

Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

Nərmin Qocamanlı
Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş "INNOPROM – 2024" beynəlxalq sərgisində təmsil olunub.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik" mövzusunda işgüzar sessiya keçirilib.

Nazirin I müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Olcas Saparbekovun iştirak etdiyi sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.

Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər