Bakıda marketdən oğurluq edilib
Operativ Media
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Rayon ərazisində qeydə alınan digər oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus "Hyundai" markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net