"Zirə" ruandalı müdafiəçi ilə güclənib
Əziz Əzizli
“Zirə” yeni futbolçu ilə anlaşıb.
"Operativ Media" xəbər verir ki, qəsəbə təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini heyətinə qatıb. Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net