Menyu

"Sabah" yeni transferini açıqladı

Əziz Əzizli
"Sabah" yeni transferini açıqladı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan Masazır təmsilçisində 13 nömrəli formada çıxış edəcək.

Teqlər:

"\"Sabah\" yeni transferini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər