Menyu

"Qəbələ" 3-cü transferini açıqladı

Əziz Əzizli
"Qəbələ"  3-cü transferini açıqladı

Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.

"Operativ Media" xəbər verir ki, "Qəbələ" futbol akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək.

22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər