Ana səhifə / İdman / AÇ-2024: Qrup mərhələsinin oyunlarına yekun vurulur AÇ-2024: Qrup mərhələsinin oyunlarına yekun vurulur 26.06.2024, 09:27 Əziz Əzizli Almaniyada keçirilən futbol üzrə AÇ-2024-ün qrup mərhələsinə bu gün yekun vurulacaq. "Operativ Media" xəbər verir ki, son oyunları E və F qruplarına daxil olan komandalar keçirəcək. E qrupunda Slovakiya Rumıniya, Ukrayna isə Belçika ilə mübarizə aparacaq. 4 komandanın hamısının 3 xalı var. Rumıniya Ukraynaya 3:0 hesabı ilə qalib gəlib, Belçikaya 0:2 hesabı ilə uduzub və top fərqinə görə liderdir. İkinci yerdə Slovakiyaya da 0:1 hesabı ilə uduzan Belçika qərarlaşıb. Ukrayna da Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib. F qrupunda əvvəlki mərhələdə 1/8 finala vəsiqə qazanan Portuqaliya Gürcüstanla, Çexiya isə Türkiyə ilə mübarizə aparacaq. Portuqaliya Çexiyaya 2:1, Türkiyəyə 3:0, Türkiyə isə Gürcüstana 3:1 hesabı ilə qalib gəlib. Çexiya Gürcüstanla 1:1 hesablı heç-heçə edib. AÇ-2024, üçüncü tur E qrupu Slovakiya - Rumıniya: 20:00 Ukrayna - Belçika: 20:00 F qrupu Çexiya - Türkiyə: 23:00 Gürcüstan - Portuqaliya: 23:00 Teqlər: "A\u00c7-2024: Qrup m\u0259rh\u0259l\u0259sinin oyunlar\u0131na yekun vurulur"