"Sabah" sabiq futbolçusunu qaytardı
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə paytaxt klubuna qayıdıb. 30 yaşlı ön xətt oyunçusu ilə 1+1 illik müqavilə bağlanıb.
Mikels daha öncə – 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu bakılılara azad agent kimi qayıdıb.
Qeyd edək ki, “Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net