AÇ-2024: Toni Kroos rekorda imza atdı
Əziz Əzizli
Almaniya millisinin 34 yaşlı yarımmüdafiəçisi Toni Kroos Avropa çempionatlarında rekorda imza atıb.
"Operativ Media" "Opta"ya istinadən xəbər verir ki, o, qrup mərhələsinin üç matçında 324 dəqiq ötürmə edib.
Toni Kroos 324 dəqiq ötürmə etməklə AÇ-2016-nın qrup mərhələsində müəyyən etdiyi rekordunu təkmilləşdirib.
Üçüncü indeks ispaniyalı Xaviyə məxsusdur. AÇ-2012-nin qrup mərhələsində o, 317 dəqiq ötürmə edib.
Toni Kroos AÇ-2024-dən sonra peşəkar futbolçu karyerasını başa vuracaq. Almaniya yığması 1/8 finala yüksəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net