Menyu

Messi Amerika Kubokunun rekordçusu olub

Əziz Əzizli
Messi Amerika Kubokunun rekordçusu olub

Dünya çempionu Argentina komandasının və Amerikanın “İnter Mayami” komandasının hücumçusu Lionel Messi həmin turnirdə 35-ci matçına çıxmaqla Amerika Kubokunun rekordçusu olub.

"Operativ Media" xəbər verir ki, ABŞ-da keçirilən turnirin ilk oyununda Argentina Kanadanı 2:0 hesabı ilə məğlub edib. Messi qol ötürməsinin müəllifi olub.

Messi həm də 7-ci dəfə Amerika Kubokunda iştirak edən ilk argentinalıdır.

Argentina 15 dəfə Amerika Kubokunu qazanıb. 2021 Amerika kubokunun finalında Argentina millisi Anxel Di Marianın qolu sayəsində Braziliyaya 1:0 hesabı ilə qalib gəlib.

Teqlər:

"Messi Amerika Kubokunun rekord\u00e7usu olub"

Əlaqəli Xəbərlər