İngiltərə Premyer Liqası klubunun yeni baş məşqçisi müəyyənləşib
Əziz Əzizli
44 yaşlı uelsli Stiv Kuper İngiltərənin "Lester Siti" klubunun baş məşqçisi təyin olunub.
"Operativ Media" xəbər verir ki, onun müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Bu haqda Premyer Liqaya qayıdan klubun saytı xəbər verib.
Stiv Kuper 2021-2023-cü illərdə İngiltərənin "Nottingem Forest" klubuna rəhbərlik edib. Bundan əvvəl o, “Suonsi”də, İngiltərənin gənclərdən ibarət komandalarında və “Liverpul” akademiyasında çalışıb.
Stiv Kuper London "Çelsi"sinə başçılıq edən italiyalı Enzo Mareskanı əvəzləyib. Ötən mövsüm "Lester Siti" Çempionşipin qalibi adını qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net