AÇ-2024: Şotlandiya İsveçrə ilə heç-heçə etdi
Əziz Əzizli
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Şotlandiya – İsveçrə matçı başa çatıb.
"Operativ Media" xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib – 1:1.
Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Skott Matkominey fərqlənib. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
AÇ-2024
A qrupu
19 iyun
Şotlandiya – İsveçrə 1:1
Qollar: Skott Maktominey, 13 – Cerdan Şaqiri, 26.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Energi” stadionu.
Xal: Almaniya – 6. İsveçrə – 4. Şotlandiya – 1. Macarıstan – 0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net