Menyu

KL: "Sumqayıt" və "Sabah"ın rəqibləri bilindi

Əziz Əzizli
KL: "Sumqayıt" və "Sabah"ın rəqibləri bilindi

"Sabah”, “Sumqayıt” və “Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, mübarizəyə bu raunddan qoşulacaq “Sumqayıt” “Fehervar”la (Macarıstan), “Sabah” isə “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq.

“Sumqayıt” mövsümə evdə, “Sabah” isə səfərdə başlayacaq.

Avropa Liqasının 1-ci raundunda “Şerif”lə (Moldova) üz-üzə gələcək “Zirə” isə rəqibinə məğlub olarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq. “Zirə”nin təşkil etdiyi cütün məğlubu ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər