Menyu

Binəqədidə soyğunçuluq edən yeniyetmə tutulub

Nərmin Qocamanlı
Binəqədidə soyğunçuluq edən yeniyetmə tutulub

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir nəfərin 2290 manatının, bir nəfərin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İbrahim Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. 

Binəqədi Rayon Polis İdarəsində hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 soy\u011fun\u00e7uluq ed\u0259n yeniyetm\u0259 tutulub"

Əlaqəli Xəbərlər