Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.
Teqlər:
"Lerikd\u0259 4 ton xa\u015f-xa\u015f kolu m\u0259hv edilib"