Menyu

Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq

Redaksiya
Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq

Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə DYP məlumat yayıb.

"Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 D\u00f6vl\u0259t Yol Polisi g\u00fccl\u0259ndirilmi\u015f i\u015f rejimind\u0259 xidm\u0259t aparacaq"

Əlaqəli Xəbərlər