Menyu

Latviyanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

Nərmin Qocamanlı
Latviyanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti Milli Xalça muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Latviyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirilən stendlərlə tanış olublar. 
 
Nümayəndə heyətinin səfəri başa çatıb.

Teqlər:

"Latviyan\u0131n Ba\u015f prokurorunun \u00f6lk\u0259miz\u0259 s\u0259f\u0259ri ba\u015fa \u00e7at\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər