Menyu

Bakıda bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Nərmin Qocamanlı
Bakıda bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda - Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılacaq.

"Operativ Media" xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Teqlər:

"Bak\u0131da bir s\u0131ra yollarda h\u0259r\u0259k\u0259t qism\u0259n m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər