Menyu

Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Nərmin Qocamanlı
Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

"Operativ Media" xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb. Onun üzərindən və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb.
V.Şirinov narkotik vasitəni İran vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. O, əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"\u00d6lk\u0259y\u0259 qa\u00e7aqmal\u00e7\u0131l\u0131q yolu il\u0259 23 kiloqram marixuana g\u0259tir\u0259n daha bir narkokuryer saxlan\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər