Menyu

Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb

Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb. 

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Teqlər:

"S\u0259bail rayonunda narkotik vasit\u0259l\u0259r satan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər