Menyu

Fernandu Santuş: "Bura gəlməyimdə gələcəklə bağlı layihələr rol oynadı"

Əziz Əzizli
Fernandu Santuş: "Bura gəlməyimdə gələcəklə bağlı layihələr rol oynadı"

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimetmə mərasimi keçirilir.

"Operativ Media" xəbər verir ki, Fernandu Santuş Azərbaycan milli komandasına gəlməyində gələcəklə bağlı layihələrin rol oynadığını bildirib.

"Proses haqqında danışmağa kifayət qədər vaxtımız olacaq. AFFA mənə etimad göstərdiyi üçün təsəkkur edirəm. Onların gələcəklə bağlı layihələrini bilmək mənimçün maraqlı oldu və qərar verməyimdə bu məsələlər çox önəmlidi. 

Təbii ki, bu qarşılıqlı anlaşma bir-birini başa düşmə və gələcək layihələri həyata keçirmək cəhətdən önəmli idi. Bu gün burdayamsa, deməli, AFFA rəhbərliyi bu proseslərin həyata keçirilməsi üçün məni uyğun görüb. 

Təbii ki, bu layihə bu gün və ya sabahın layihəsi deyil. Uzumuddətli proyektdir. Mənə elə gəlir ki, mənim məşqçi heyətim, ümumi olaraq AFFA  heyəti və hamımız bir tarix yazacağıq. İnaniram ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, bu hər hansı yarışların final layihəsində mənlə birlikdə Azərbaycan iştirak edəcək".

Teqlər:

"Fernandu Santu\u015f: \"Bura g\u0259lm\u0259yimd\u0259 g\u0259l\u0259c\u0259kl\u0259 ba\u011fl\u0131 layih\u0259l\u0259r rol oynad\u0131\""

Əlaqəli Xəbərlər